📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ! Vilyam Hacıyev azadlığa buraxıldı

2026-11-27 15:05:18

SON DƏQİQƏ! Vilyam Hacıyev azadlığa buraxıldı

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

Bununla bağlı Xəzər rayon məhkəməsi qərar qəbul edib.

O, səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb.

Onun cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 5 may 2020-ci ildə saxlanılıb.

Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə Vilyam Hacıyevin cəzası 8 il 6 ay müddətinə azaldıb.//APA