📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

2021-12-25 09:45:00

SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

Bu barədə Hurriyyet.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:49-da qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə olub, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, bu, noyabrın 30-dan bu günədək Xəzər dənizində qeydə alınan 3-cü zəlzələdir.