📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Son hadisələr Rusiya tarixinə yazılan biabırçılıq idi" - ELXAN ŞAHİNOĞLU

2023-06-26 14:05:00

"Bu necə oyundur ki, Kreml sahibi "Vaqner" qruplaşmasının Rusiyanın hərbi təyyarəsinin və bir neçə helikopterinin vurulmasına və 20-ə yaxın hərbçisinin ölümünə şərait yaratdı?"

"Son hadisələri "Putinin oyunu" kimi qiymətləndirənlər var. Fərqli fikirlərə hörmətlə yanaşanlardanam, sadəcə son hadisələrin Kreml sahibinin planı ilə əlaqələndirilməsi məntiqi görünmür. Bu Kreml sahibinin təşkil etdiyi necə oyundur ki, "Vaqner" qruplaşması Rusiyanın iki böyük şəhərini döyüşsüz ələ keçirməklə Kremli sahibinin və Rusiya ordusunun imicinə dəhşətli zərbə vurdu?" Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, bu, Rusiya tarixinə yazılan biabırçılıq idi, Rostov sakinləri Putinin düşmənlərini hörmətlə qarşılayıb, gül-çiçəklə yola saldılar: "Bu Putinin nəyinə lazım idi? Bu "Putinin oyunu" idisə qazancı nə oldu? Putin Priqojini zərərsizləşdirmək üçün onun başkəsənlərinin mütləq Rostov və Voronej kimi iki böyük şəhərinə daxil olmasına şərait yaratmalı idi, başqa vasitə düşünə bilmədi? Rusiya cəmiyyəti və beynəlxalq aləm gördü ki, Vladimir Putin ölkəsinə nəzarət edə bilmir. Bu necə oyundur ki, Kreml sahibi "Vaqner" qruplaşmasının Rusiyanın hərbi təyyarəsinin və bir neçə helikopterinin vurulmasına və 20-ə yaxın hərbçisinin ölümünə şərait yaratdı?"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az