📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Son iki ildə Rusiyanı 661 min özbək işçi tərk edib

2026-10-06 11:11:05

Son iki ildə Rusiyanı 661 min özbək işçi tərk edib

Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Batır Zahidovun sözlərinə görə, xaricdə işləməkdən qayıdan yarım milyondan çox ölkə vətəndaşı öz ölkələrində gəlir mənbəyi tapıb.

Hurriyyet.net  xarici mediaya istinadla xəbər verir ki, Qanunvericilik Palatasının bu yaxınlarda keçirilən iclasında B.Zahidov bildirib ki, qayıdan 661.000 miqrant işçidən 557.000-i "qazanclı iş"lə məşğuldur. Daha 70.000 nəfərə isə öz seçimlərinə əsasən iş təklif olunması davam edir. Lakin ekspertlərin sözlərinə görə, təkcə "qazanclı iş" əmək müqaviləsi və proqnozlaşdırıla bilən əmək haqqı ilə daimi iş təmin etmir.

2026-cı ilin sonuna qədər hakimiyyət orqanları əlavə 583.000 nəfəri daimi işlə təmin etməyi, 2 milyon vətəndaşın gəlirlərini artırmağı və 661.000 işçini kölgə iqtisadiyyatından çıxarmağı planlaşdırır. Bu planlar təkcə geri qayıdan miqrantlara deyil, bütövlükdə əmək bazarına da aiddir. Nazir həmçinin ağır sosial-iqtisadi şəraiti olan 37 rayonda və 915 məhəllədə (icmada) yoxsulluğun ən azı yarıya endirilməsi məqsədini açıqlayıb.

Özbəkistan vətəndaşları dünyanın təxminən 40 ölkəsində işləyirlər. Onların ən çoxu (834.200-ə qədər) Rusiyadadır. Lakin miqrasiya qanunvericiliyindəki dəyişikliklər səbəbindən bir çoxları Rusiya Federasiyasını tərk edir. Rusiyadan gedənlərin sayında artım avqustun əvvəlində baş verdi, təxminən 100.000 miqrant işçi bir həftə ərzində ölkəni tərk etdi. Özbəkistan üçün bu geri qayıdanlar əhəmiyyətli bir yükdür, lakin hakimiyyət orqanları hər kəsin işlə təmin olunacağını iddia edirlər.