📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Son sutkada neçə nəfər koronaya yoluxub?

2022-07-11 16:44:00

Son sutkada neçə nəfər koronaya yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hurriyyet.az-a verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 764 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 662 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib, aktiv xəstə sayı 383 nəfərdir.

Ölkədə son sutka ərzində 1591, hazırkı dövrədək isə 6 987 669 test aparılıb.