📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

'Son zəng'' lə bağlı valideynlərə ÇAĞIRIŞ - VİDEO

2024-06-13 22:19:48

'Son zəng'' lə bağlı valideynlərə ÇAĞIRIŞ - VİDEO

Sabah məktəblərdə ''Son zəng'' çalınacaq.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yeniyetmələrə avtomobil etibar etmək təhlükəli əməldir. Məlumatda qeyd edilir ki, bir sıra hallarda şagirdlər "Son zəng" günü valideynlərinə, yaxud qohumlarına məxsus avtomobillərdən istifadə edərək əyləncə məqsədilə sükan arxasına əyləşirlər.

Avtomobili idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi olduqca təhlükəli əməldir.

Nazirliyin mətbuat xidmətinin baş inspektoru Elburus İbrahimov bildirib ki, "Son zəng" tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi yol polisi əməkdaşları tərəfindən mühafizə olunacaq. Süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.