📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sonrakı  peşmançılıq  fayda  vermir…”  Və  yaxud ziyanın yarsından  qayıtmağın  özü də  xeyirdir

2023-04-06 10:20:00

“Sonrakı  peşmançılıq  fayda  vermir…”   Və  yaxud ziyanın yarsından  qayıtmağın  özü də  xeyirdir

Qabağdan  gələn  təhlükəni    qulaqlarını  şəkələyərək  gözləmək,  insanlığa  xas  deyil.  “Rusiya,  Ukranıya  müharidəsinin,  aqibəti  necə  olacaq” sualına  hələ  ki, mənəm-mənəm  deyən  kişilər  gözlərini  döyə-döyə aciz  qalaraq  dəqiq cavab  verə  bilmirlər. İlluziyalar  və  rəvayətlər  danışmaq,  ancaq  cadugər,  küpəgirən  qarılara  xasdır.  Reallıqda  get- gedə  ağır  və  təhlükəli  hadisələr  baş  verməkdədir. Sözün  qısası,  dünyaya  ağalıq  etmək  üçün  qərbin  zombiləşmiş  mafiya  klan  kapitalistləri  axtarıb  istədikləri  poliqonu  tapdılar.   İndi  mürtəce  Qərb  insiharçıları var  gücləri  ilə  silah  tədarükündədirlər.

Nə  qədər  kor  zəkalı  və  bəsit  düşüncəli  ola  biləsən  ki,  bu  poliqona  gətirilən  ağır  silahlara  qarşı  Ukranıyanın  zavallı  xalqının  başına  daha  da  ağır  bombalar  endiriləcəyini  düşünüb  gözləməyəsən.  Bu  müharibənin  başlanmasında  şübhəli  ehtimallar  da  var. Kütləvi  qırğın  silahından  istifadə  olunarsa…

Uzun  təhlillərə  ehtiyac  yoxdur. Müharibədən  yeganə  olaraq  çıxış  yolu  hər  iki  dövlətdə  inqilabdır.   Belə  inqilabın  tarixi  təcrübəsi  var.   Necə  ki,  birinci  dünya  müharibəsi  ərəfəsində  Çar  Rusiyasında  baş  verən  oktyabr  inqilab oldu. Gərək hər  iki  tərəfdə  olan  əsgərlər  başlarını  qaldırsınlar. C.Cabbarlının  1905-ci il  əsərində  olduğu  tək.   Bir-birilərindən  soruşsunlar, nə  idi  bizim problemlər  ki,  indi  bir-birimizi  öldürmək  üçün  səngərlərə  dolmuşuq.  Axl  biz  bir  ittifaqda,  bərabər  hüquqlu, bir  qanunlarla  qardaş  tək  yaşayırdıq.

Əsgərlər  səngərlərdən  çıxıb,  bir-birlərinə  qovuşmaqla, bir  şüar  altında  birləşərək, “Rədd  olsun  mafiyalaşmış  kapitalizm!”  şüarları  ilə  klan  kapitalistlərin  planlarını  alt-üst  edərək  müharibədən  çıxa bilərlər. Müharibədən çıxmağın  nicat  yolu  barış  və  inqilabdır. Neçə  ki, dünyanı  fəlakətlərə  aparacaq  terrorlardan və müharibələrdən qurtaracaq dürüst  bir siyasi  liderin  olmamasını,  nə  də  özünü  insan tək  qiymətləndirən  bir  kimsəni görmədiyim üçün bu nərahatlıqlar  məni  oyacaqdır. Dedikləri  ifadənin  məntiqini  anlamayan SSRİ–ni  qırmızı  bolşevklər  adlandıran,  mənəm-mənəm  deyib  döşlərinə  döyən  o  kişilər  hanı?  Çıxın bu  günün  və gələcəyi  gözdəyən  fəlakətlərin  qarşısını  alın.

SSRİ mövcudluğunun  son  on  illik  tarixi  istisna  olmaqla,  dünyada  sülhün  qarantı  olmuşdur.  Harda kapitalist  agenturaları  sülhə  təhlükə  yaradırdılarsa  SSRİ tez  bir  zamanda  qarşısını  alırdı.  Kişi  olun, kişilər  heç  vaxt  arxadan  danışmayıblar. 

Zombiləşmiş,  mafiyalaşmış  kapitalizmə  yox! 

Yaşasın  sivil,  mədəni  və  azad  sosializm!

Dəmir BƏŞƏRSOY