Soros ABŞ dövlətindən yardım çeki alıb?
Hurriyyet.az xəbər verir ki, əslən Macarıstandan olan amerikalı biznesmen Corc Sorosun ABŞ dövlətindən yardım çeki aldığı iddia edilib. Xəbərə görə, aşağı gəlirli ailələrə verilən koronavirus yardım çekləri bir çox milyarderlərə də göndərilib. Onlardan da biri Corc Sorosdur. ABŞ-da aralarında Corc Sorosun da olduğu azı 18 milyarderə və 270 multmilyonçuya koronavirus epidemiyası ilə bağlı azgəlirli ailələrə edilən pul yardımlarının göndərildiyi ortaya çıxıb. “Propublika” (“Propublica”) nəşrinin ABŞ vergi dairəsinin qeydlərinə istinad elədiyi xəbərə görə, Sorosa 2 və ya 3 dəfə 1200 dollarlıq yardım çekləri verilib. Araşdırmaya görə, sosial yardım alanlar arasında İraqdakı qətliamlarda iştirak elədiyinə görə tənqid edirən “Bləkvotə” (“Blackwater”) təhlükəsizlik şirkətinin keçmiş baş direktoru Erik Prins də var. Xəbərdə Sorosun 9 milyard dollara yaxın vəsaitinin olduğu da qeyd edilib.
Sorosun mətbuat nümayəndəsi bu xəbərlə bağlı açıqlama verərək deyib: “Corc yardım çeklərini geri qaytarıb. O, qətiyyən belə bir tələblə müraciət etməyib”.
Hürr Tərcüman