📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Soros Azərbaycan hakimiyyətindən qisas almaq istəyir" - ZAUR MƏMMƏDOV

2024-03-05 10:59:20

"Berlində "Arsaxın irsi" tədbiri baş tutsa, o zaman bu, Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun dişsizliyi demək olacaq"

"Erməni diasporasını şişirtməyə ehtiyac yoxdur. Bəli, zəif deyillər, lakin hazırda beynəlxalq təşkilatların Azərbaycana qarşı mövqeyinin başqa səbəbləri də var". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, Hindistan və Fransa Çinin Zəngəzurla Avropaya çıxmasına qarşıdırlar: "İranla hazırda anlaşma olsa da, Zəngəzur dəhlizi əsas hədəf olaraq qalacaq. Əgər 2 gün sonra Berlində "Arsaxın irsi" tədbiri baş tutsa, o zaman bu, Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun dişsizliyi demək olacaq".

Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, MDB də Azərbaycandan başqa istədikləri ölkələrdə rəngli inqilabları etməyi bacaran Corc Soros Azərbaycan hakimiyyətindən qisas almaq istəyir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az