📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Soros: “Yalan xəbərdir. Sağ-salamatam”

2023-05-16 10:50:00

Soros: “Yalan xəbərdir. Sağ-salamatam”

Hurriyyet.az xəbər verir ki, amerikalı maliyyəçi və milyarder Corc Soros ölüm xəbəri çıxdıqdan sonra öz “Tvitter” səhifəsində bu informasiyanı təkzib edib.

Soros yazıb: “Ürəktutması keçirməyimlə bağlı yayılan xəbərlər tamamilə yalandır. Mən sağ və salamatam”.

Bəlli olduğu kimi, mayın 15-də ABŞ mətbuatında və sosial mediasında 92 yaşlı Corc Sorosun infarktdan vəfat etdiyi xəbəri yayılmışdı.

Hürr Tərcüman