Sorosun varisi bəlli oldu: “Biz eyni cür düşünürük”
Oğul Soros pulları Trampın yenidən prezident seçilməməsi üçün xərcləyəcək
Hurriyyet.az xəbər verir ki, 92 yaşlı Corc Soros özünün 28 milyard dollar dəyərində olan biznesini kiçik oğlu Aleksandr Sorosun adına keçirməyə başlayıb. Maliyyəçi “Voll Strit Cornel” (“The Wall Street Journal”) nəşrinə öz qərarını açıqlayarkən deyib: “O, buna layiqdir”.
Aleksandr da atası ilə “eyni cür düşündüklərini, lakin müxtəlif məqsədləri olduğunu” deyib. 37 yaşlı sahibkar qeyd edib ki, atasına nisbətən siyasətlə daha çox maraqlanır. Aleksandr Soros etiraf edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə qayıtmasına yol verməmək üçün siyasət sahəsinə pul xərcləməli olacaq: “Pulun siyasətdə olmamasını nə qədər istəsəm də, digər tərəfin bununla məşğul olduğu müddətdə biz də eynisini etməliyik”.
Əvvəllər Corc Sorosun varisi digər oğlu – 52 yaşlı Conatan Soros hesab edilirdi. Lakin təşkilatda kadr seçimi məsələlərindəki fikir ayrılığına görə, fond imperiyasının başçısı öz qərarını dəyişib.
Hürr Tərcüman