📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sos kəndinə 21 ailə yola salındı

2025-12-16 09:35:54

Sos kəndinə 21 ailə yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, bu mərhələdə Xocavəndin Sos kəndinə 21 ailə (94 nəfər) köçürülür.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.