Sosial media istifadəçiləri və Fransa mətbuatı MAKRONU ƏLƏ SALDI - FOTOLAR
Dünya çempionatının finalından 2 gün keçsə də, Fransa prezidenti Emmanuel Makronun görüntüləri hələ də sosial medianın dilindədir. Belə ki, Hurriyyet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fransa lideri "özəlliklə fərqlənməyə və diqqəti cəlb etməyə çalışmaqda" ittiham olunur.
Qeyd olunur ki, dünya çempionatında məğlub olan fransız futbolçular böyük kədər yaşayarkən, Lusail stadionunda matçı tribunadan izləyən Fransa prezidenti Emmanuel Makron meydançaya enərək fransız futbolçuları zorla qucaqlayıb. Bu səhnə isə həm sosial mediada, həm də Fransa mətbuatı tərəfindən lağ obyektinə çevrilib. Hətta Fransa mətbuatı "utanc verici" kimi yozduğu kadrlarda Makron matç bitdikdən dərhal sonra meydana enərək fransız futbolçu Mbappe ilə Argentina millisinin qapıçısı Emiliano Martinez arasında yaşanan emosional ana diqqət ayırıb. Belə ki, Martinez Fransanın məğlubiyyətindən sonra yerdə oturan Mbappeyə təsəlli verməyə gedəndə Makron qəfildən səhnəyə çıxır və qaçaraq əllərini hücumçunun başına qoyur. Mükafatlandırma mərasimində məzlum fransız futbolçulara medal paylayan Makron Mbappeni yenidən qucaqlamağa çalışsa da, Mbappe prezidentlə göz təması belə, qurmayıb və başqa bir məmurun əlini sıxmaq üçün sürətlə uzaqlaşıb.



Hurriyyet.az