📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sosial şəbəkələrə inzibati üsullarla nəzarət imkansız görünür" - MÜBARİZ GÖYÜŞLÜ

2023-01-26 16:07:00

"İnzibati nəzarət, yaxud bağlamaq təklifinin hansı mexanizimlə, necə reallaşdırılacağı haqqında isə aydın təsəvvürlər yoxdur"

"Sosial şəbəkələri bağlamaq, yaxud ona inzibati nəzarət etmək təkliflərinin reallaşmasını mümkün görmürəm. Sosial şəbəkə elə bir məkandır ki, bura nəzarət etmək demək olar ki mümkünsüzdür". Hurriyyet.az xəbər verir ki, bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib.

Siyasi şərhçinin fikrincə, inzibati üsullarla nəzarət isə ümumiyyətlə, imkansız görünür: "Bəlkə də bu sahəni daha maarifləndirici, ciddi, cəmiyyət üçün faydalı səhifə, qrup, profillərlə "qaydaya salmaq" olar. Hərgah bu da özlüyündə çətindir, amma mümkünsüz deyil".

Onun sözlərinə görə, inzibati nəzarət, yaxud bağlamaq təklifinin hansı mexanizimlə, necə reallaşdırılacağı haqqında isə aydın təsəvvürlər yoxdur.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az