Sosial Xidmətlər Agentliyi Şəhid atasının müraciətinə cavab verdi - AÇIQLAMA
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində baş verən özbaşnalıqlara nə vaxt son qoyulacaq?"
Bakı şəhəri, Nəsimi rayonu, İ. Həmidov küçəsi, ev 3, mənzil 49 ünvanında yaşayan, 44 günlük Vətən Müharibəsində Şəhid olmuş İlqar Burcəliyevin atası Vüqar Cavidan oğlu Burcəliyev tərəfindən Hurriyyetə müraciət edilib. Şəhid atası ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Baş nazirinin müavini, cənab Əli Əhmədova acıq məktub-ərizə ilə müraciət etmişdir. Şəhid atası müraciət ərizəsini həmçinin redaksiyamıza da göndərmişdir.
Məsələylə bağlı Sosial Xidmətlər Agentliyindən "Hüriyyət"ə bildirilib ki, Vüqar Burcəliyevin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına mövcud qanunveciliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında baxılacaq:
"Burcəliyev Vüqar Cavidan oğlu Abşeron Rayon İcra Hakimiyyətində 15 yanvar 2021-ci il tarixindən həyat yoldaşı və oğlu ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. 27 dekabr 2021-ci il tarixində isə Abşeron rayonunda olan növbəliliyi Nəsimi Rayon İcra Hakimiyyətinə köçürülüb(həyat yoldaşı birlikdə). Növbəliliyi köçürülməzdən öncə V.Burcəliyevə ailə tərkibi nəzərə alınmaqla (özü, həyat yoldaşı və oğlu) Abşeron rayonu, Yeni yaşayış kompleksindən ikiotaqlı mənzil təklif edilib, lakin vətəndaş bu təklifdən imtina edərək anası - Bürcəliyeva Məleykə Məmmədhəsən qızını da ailə tərkibi kimi qəbul edilməsini bildirərək Bakı şəhərində üçotaqlı mənzillə təmin edilməsini istəyib.
Bu məqsədlə təqdim etdiyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 yanvar 2022-ci il tarixli arayışında M.Bürcəliyevanın mülkiyyətində Gəncə şəhəri, Nizami rayonu, Akademik Firuz Məlikov küçəsi, ev 31, mənzil 2 ünvanında yaşayış sahəsi 27 kvadratmetr olan mənzilin olduğu aşkar edilib. Agentliyə sonradan təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 5 mart 2022-ci il tarixli arayışında isə M.Bürcəliyevanın mülkiyyətində daşınmaz əmlakın olmadığı göstərilib.
Qeyd edilənlərə əsasən, V.Burcəliyevin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına mövcud qanunveciliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında baxılacaq".
YƏHYA