📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SosialƏlillik təyinatında süni intellektdən istifadə olunacaq

2026-02-05 11:45:33

SosialƏlillik təyinatında süni intellektdən istifadə olunacaq

Cari ildə xidmətlərin təkmilləşdirilməsində süni intellekt (Sİ) əsaslı həllərə mühüm üstünlük veriləcək.

publika.az xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mərkəzdə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xüsusilə, əlillik təyinatlarında Sİ həlləri sınaqdan keçirilir.

"Hazırda əlillik qrupunun avtomatik təyin edilməsi 90 %-dək ehtimalla doğru nəticə verir.
Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul ediləcək və mərkəzləşdirilmiş şəkildə “Omnichannel” yanaşması əsasında idarə olunacaq", - o vurğulayıb