📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Soylu ABŞ-ı prezident seçkilərinə müdaxilə cəhdində ittiham edib

2023-05-10 10:15:00

Soylu ABŞ-ı prezident seçkilərinə müdaxilə cəhdində ittiham edib

Hurriyyet.az “Milliyet” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu TRT Haber kanalına müsahibəsində ABŞ-ın ölkədə keçirilən prezident seçkilərinə müdaxilə eləməyə çalışdığını söyləyib.

Soylu deyib: “ABŞ-ın (seçkilərə müdaxilə) planları fəallaşır. Bu səbəbdən ABŞ-ın planlarının reallaşması üçün  Qərb mətbuatının seçkilərə müdaxiləsi baş verir. 1960-cı ildən sonra Qərb bizim sistemimizə daxil oldu. Lakin Prezident Ərdoğan Qərbin bütün sızmalarını təmizlədi... 2023-cü il seçkilərində qələbə qazanacağımız andan etibarən yüzilli sabitlik dövrü başlanacaq. Bunu görürlər. ABŞ səfirinin nəzarətdə saxlamaq istəmədiyi seçki yoxdur”.

Hürr Tərcüman