📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Soylu Türkiyənin Azərbaycandakı keçmiş səfirini “ABŞ agenti” adlandırdı - VİDEO

2023-05-10 10:38:00

Soylu Türkiyənin Azərbaycandakı keçmiş səfirini “ABŞ agenti” adlandırdı - VİDEO

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Türkiyənin Azərbaycan (2001-2004), İraq (2004-2007) və Böyük Britaniyada (2010-2014) səfiri olmuş, 2015-ci ildən etibarən CHP partiyasında fəaliyyət göstərən diplomat və siyasətçi Ünal Çeviközü “CHP daxilindəki ABŞ agenti” adlandırıb.

Çeviköz 1998-ci ildən etibarən Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması üçün cəhdlər edib. 2009-cu il oktyabrın 10-da Sürixdə iki ölkə arasında “Diplomatik münasibətlərin qurulaması” və “Münasibətlərin normallaşdırılması” məzmunlu iki protokolun hazırlanmasında və imzalanmasında iştirak edib. 2018-ci il seçkilərində parlamentə millət vəkili seçilib.

Soylu “Ulusal kanal”da efirə gedən çıxışında Cumhuriyyət Xalq Partiyasının sədrinin xarici əlaqələr üzrə müavini Ünal Çeviközün Şimali Kipr Türk Respublikasına qarşı mövqeyini tənqid edib, onun casus olduğunu söyləyib.

Soylu bir neçə gün əvvəlki açıqlamasında müxalifətin “6-lı masa”dakı qərarlarının Çeviközün vasitəsi ilə Qərb tərəfindən idarə edildiyini iddia etmiş, diplomat isə ona qarşı olan bu iddiaları rədd etmişdi.

Hürr Tərcüman