📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şoyqu: "ABŞ Ukraynadan Rusiyanın hücumunu dayandırmağı israrla tələb edir"

2024-05-03 19:09:50

Şoyqu:

ABŞ və müttəfiqləri Ukraynadan nəyin bahasına olursa-olsun, Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmağı israrla tələb edirlər.

Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Ukrayna ordusunun bölmələri müəyyən istiqamətlərdə müqavimət göstərməyə çalışırlar: “Lakin Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində geri çəkilirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. \\Sfera.az