📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şoyqu: “Amerikalıların dövründə Əfqanıstandakı narkotik plantasiyalarının sahəsi 100 dəfə artdı”

2021-08-30 14:46:00

Şoyqu: “Amerikalıların dövründə Əfqanıstandakı narkotik plantasiyalarının sahəsi 100 dəfə artdı”


 

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu dünənki çıxışında amerikalıların dövründə Əfqanıstandakı heroin plantasiyalarının 100 dəfə böyüdüyünü qeyd edib. 

Şoyqu bazar günü (avqustun 29-da) “Rossiya-1” telekanalına müsahibəsində deyib: “Əfqanıstan dünyada heroinin 93%-ni istehsal edir. Birləşmiş Ştatların orada olduğu dövrdə xaşxaş plantasiyalarının sahəsi təqribən 100 dəfə artıb”.

Şoyqu avqustun 24-dəki çıxışında bildirmişdi ki, Əfqanıstanın ən böyük problemlərindən biri hələ də narkotrafik olaraq qalır.