📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şoyqu Cənubi Qafqazdan danışdı: "Bədniyyət Qərb ölkələri mane olurlar"

2024-11-07 15:07:46

Şoyqu Cənubi Qafqazdan danışdı:

Hurriyyet.az xəbər verir ki, RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən 12-cü görüşündəki çıxışında deyib: "Cənubi Qafqazda regional təhlükəsizlik məsələsinə gəlincə, vəziyyət mürəkkəb olaraq qalsa da, yaxşılaşması üçün addımlar atılır. Lakin xarici oyunçular, ilk növbədə Qərb ölkələri yumşaq desək, bəd niyyətlərlə buna mane olurlar".
Qeyd edək ki, MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin 12-ci görüşü noyabrın 7-də,  RF TŞ katibi S.Şoyqunun rəhbərliyi altında Moskva şəhərində keçirilir.
Hürr Tərcüman