Şoyqu Çin ilə münasibətlərin yeni səviyyəyə keçməsindən danışıb
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, RF Müdafiə naziri Sergey Şoyqu Rusiya ilə Çinin münasibətlərinin yeni səviyyəyə çıxdığını bəyan edib.
Şoyqu ABŞ-ın hərbi üstünlük əldə eləməyə çalışdığını, RF ilə Çinin isə bu şərtlər altında münasibətlərini inkişaf etdirdiklərini söyləyib. Şoyqu Moskva Beynəlxalq Təhlkəsizlik Konfransındakı çıxışında deyib: “Bu gün Moskva ilə Pekin ABŞ tərəfindən strateji rəqiblər elan ediliblər. Pentaqonun real addımları hərbi qarşıdurmada öz üstünlüyünü təmin eləməyə çalışdığını göstərir. Belə bir şəraitdə Rusiya ilə Çin arasındakı ikitərəfli münasibətlər bütün parametrləe üzrə strateji əlaqələr səviyyəsini keçərək müttəfiqlikdən də irəli gedir”.
Şoyqu Tayvan ətrafındakı gərginliyin adanı silahlandıran Qərb dövlətləri tərəfindən artırıldığını deyib.
Hürr Tərcüman