Şoyqu: “Koreya ordusu dünyanın ən güclü ordusudur”
Hurriyyet.az “Gazeta.ru” portalına istinadla xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Koreya müharibəsinin başa çatmasının 70-ci ildönümü münasibətilə etdiyi çıxışında Koreya Xalq Demokratik Respublikasının ordusunu “dünyanın ən güclü ordusu” adlandırıb.
Rusiya nümayəndə heyətinin də iştirak elədiyi ildönümü tədbiri barəsində məlumatı Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi verib. Agentliyin məlumatında Sergey Şoyqunun çıxışı dərc edilib. Şoyqu deyib: “Koreya xalq ordusu Ali Baş Komandanın ətrafında sıx birləşərək, dayanmadan güclənib, nəticədə dünyanın ən güclü olrdusuna çevrilib”. Nazir Moskvanın bütün sahələrdə Pxenyanla əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu bəyan edib.
Koreya müahribəsi 3 il – 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-nə qədər davam edib. Şimali Koreyada bu müharibə “Vətən Azadlıq Müharibəsi” adlanır. Tərəflər arasındakı münaqişədə SSRİ Şimali, ABŞ isə Cənubi Koreyanı dəstəkləyib. Müharibənin nəticələrinə görə, atəşkəs sazişi imzalanıb və yarımada 38-ci paraleldə iki hissəyə bölünüb. İki Koreya arasında sülh müqaviləsi indiyədək imzalanmadığı üçün onlar formal olaraq müharibə şəraitində hesab edirlər.
Hürr Tərcüman
