Şoyqu Minskdə səfərdədir
2022-12-19 15:57:00
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskə səfər edib.
Hurriyyet.az xəbər verir ki, Şoyqu Minskdə Rusiya və Belarus Prezidentləri arasında keçiriləcək görüşdə iştirak edəcək.
Xatırladaq ki, bu gün Vladimir Putinlə Aleksandr Lukaşenko arasında hökumət nümayəndələrinin və bir neçə nazirin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq. (qafqazinfo)