📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şoyqu müşavirini Qarabağa komandan GÖNDƏRDİ

2023-04-25 20:23:00

Şoyqu müşavirini Qarabağa komandan  GÖNDƏRDİ

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib.

Bu barədə "Pastinfo" nəşri məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov gətirilib.

67 yaşlı general 22 yanvar 2020-ci ildən Rusiya müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.

Qeyd edək ki, bu gün sülhməramlı kontingentin komandanı Andrey Volkovun işdən çıxarılması barədə məlumat yayılıb. \\Redaktor.Az