Şoyqu Putinə Avdeyevkanın tam nəzarətə götürülməsi barədə məlumat verib
2024-02-18 00:16:44
Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Ukraynanın Donetsk vilayətinin Avdeyevka rayonun nəzarətə götürüldüyünü məruzə edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şoyqu Avdeyevkanın general-polkovnik Mordviçevin komandanlığı altındakı Mərkəz qoşun qruplaşmasının tam nəzarətinə keçdiyi barədə məruzə edib.
Bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka uğrunda gedən döyüşlərdə son 24 saat ərzində itkiləri 1500-dən çox hərbçi olub. \\Ölkə.Az