Şoyqu Putinin gözündən düşüb, onu ələ salırlar – Kəşfiyyat
2022-08-29 13:48:00
Rusiya müdafiə naziri Sergey Şoyqu döyüş meydanında uğur qazana bilmədiyi üçün Prezident Vladimir Putinin gözündən düşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“Rusiyanın Ukraynaya qarşı müharibədə üzləşdiyi problemlərə görə Şoyqu rəhbərlikdən uzaqlaşdırılıb. Müharibənin gedişi barədə isə Putinə birbaşa əməliyyat komandirləri məlumat verir. Rus zabitləri və əsgərləri isə Şoyqunu səmərəsiz və qeyri-müəyyən rəhbərliyinə görə müntəzəm olaraq ələ salırlar”, - məlumatda deyilib.