📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şoyqu Qarabağ erməniləri ilə bağlı fərqli rəqəm səsləndirdi

2023-10-03 15:27:54

Şoyqu Qarabağ erməniləri ilə bağlı fərqli rəqəm səsləndirdi

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu oktyabrın 3-də keçirilən iclasdakı çıxışı zamanı Ermənistana separatçı rejimin süqutundan sonra Qarabağdan 98 min nəfərin təxliyə edildiyini bəyan edib.

Şoyqu daha sonra deyib: “Ağdam və Laçın marşrutları ilə 300 min tona yaxın humanitar yükün tədarükü təmin edilib”.

Qeyd edək ki, Ermənistan hökuməti antiterror əməliyyatından sonra 100 617 nəfər erməninin ölkəyə qayıtdığını bildirib.

Rəqəmlərin müxtəlif olması onların birinin, ola bilsin, hər ikisinin qeyri-dəqiq olduğunu göstərir.

Hürr Tərcüman