📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şoyqu: "Qərb hər cür yolla Qarabağdakı vəziyyətə müdaxilə etməyə çalışır"

2023-05-25 14:22:00

Şoyqu:
Qərb hər cür yolla Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı deyib.

"Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. İndi Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır"-deyə, o bildirib.
azvision.az