Şoyqu: “Rusiyanın bütün müasir silahları Suriyada sınaqdan çıxarıldı”
2021-08-30 14:56:00
Rusiyanın hərbi texnika tədarükü artıb.
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Rusiyanın az qala bütün ən yeni silahlarının Suriyada aparılan antitterror əməliyyatlarının gedişatı zamanı sınaqdan çıxarıldığını bildirib: “Biz Suriyada 320-dən çox, praktiki olaraq bütün yeni silahları sınaqdan keçirdik. Yalnız bildiyiniz silah istisna olmaqla”. Şoyqu bu açıqlamanı “Solovyov – Live” YouTube kanalına eksklüziv müsahibəsində verib.
Müdafiə naziri qeyd edib ki, son illərdə Rusiyanın müdafiə sənayesi öz mövqelərini gücləndirib, bunun da nəticəsi olaraq, son dövrdə müasir hərbi texnika tədarükü artıb.