📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şoyqudan ETİRAF: Rusiya Ukraynada dəhşətli raketdən istifadə edib

2022-08-22 13:17:00

Şoyqudan ETİRAF: Rusiya Ukraynada dəhşətli raketdən istifadə edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Kinjal” hipersəs raketlərindən Ukraynada üç dəfə istifadə edildiyini bildirib.

Hurriyyet.az xəbər verir ki, Şoyqu “Rossiya-1” dövlət telekanalına açıqlamasında Ukraynadakı müharibə ilə bağlı məlumat verib.

Ukraynada “Kinjal” hipersəs raketlərindən istifadə etdiklərini xatırladan Şoyqu “Kinjal xüsusi hərbi əməliyyatımızda üç dəfə istifadə edilib və üç dəfə əla performans göstərib”, - sözlərini deyib. 

Bu raketin xüsusiyyətlərinə malik ikinci raketin dünyada olmadığını bildirən Şoyqu raketin çox sürətli və təsirli imkanlara malik olduğuna diqqət çəkib.

Şoyqu bu raketlərin Ukraynadakı mühüm hədəflərə qarşı istifadə edildiyini bildirib.