Şoyqunun planı: Lukaşenko nədən imtina etdi?
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Vaqner” muzdlularını saxlamaq üçün pul ödəməyəcəyini anlayandan sonra onları maliyyələşdirməkdən imtina edib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə məlumat ISW-nin hasabatına yer alıb.
Yeni hesabatda deyilir ki, Putin “Vaqner”i döyüşçü bölməsi kimi saxlamaqda maraqlıdır, lakin Priqojini təhlükə olaraq görməkdə davam edir.
Hesabat da qeyd olunub ki, müdafiə naziri Sergey Şoyqunun tamamilə fərqli ambisiyaları var. Belə ki, Müdafiə Nazirliyi “Vaqner”i tam nəzarətinə keçirib və Priqojinin məsul olduğu Afrikadakı hərbi əməliyyatları öz üzərinə götürmək istəyir.
Analitiklər hesab edirlər ki, bütün bunlar muzdluları əsəbiləşdirəcək və “Putinin üsyandan bəri fəal şəkildə yaratmağa çalışdığı daxili təhlükəsizlik cəbhəsini sarsıtmaqla hədələyəcək”. \\Ölkə.Az