Şoyqunun qırmızı xətti: “Bu, ABŞ ilə Britaniyanın münaqişəyə qoşulması demək olacaq”
2023-06-20 17:02:00
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiyasının iclasındakı çıxışı zamanı “HIMARS” və “Storm Shadow” silahlarından Rusiyanın “xüsusi əməliyyat zonası” adlandırdığı ərazilərdən kənarda tətbiq edilməsinin ABŞ ilə Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması demək olacağını bəyan edib.
Şoyqu deyib: “HIMARS” və “Storm Shadow” silahlarından xüsusi əməliyyat zonasının kənarda istifadəsi dərhal Ukraynanın qərar mərkəzlərinə zərbə endirilməsinə səbəb olacaq. Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Krıma “HIMARS” və “Storm Shadow” raketləri ilə zərbələr endirməyi planlaşdırır”.
Hürr Tərcüman