"Sözügedən avadalıq yaxın vaxtlarda təmir ediləcək" - TƏBİB-DƏN AÇIQLAMA
Bakı şəhərində, əhali tərəfindən “Eksperimental xəstəxana” adı ilə tanınan “Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi”ndə tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.
Bu barədə "Hürriyyət"ə orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.
Müayinələr aparılması üçün istifadədə olan KT (kompüter tomoqrafiyası) tibbi avadanlığının işlək olmaması xəstələr arasında narazılıqla qarşılanıb. Pasiyentlərin bildirdiyinə görə, KT aparatı artıq bir ildən çoxdur ki, işləmir. Aparatın təmiri üçün iki yüz min manata yaxın pul vəsaiti lazımdır. Təəssüf ki, aidiyyatı qurumlar məsələ ilə bağlı maraqlanmırlar. Sakinlərin bildirdiyinə görə, Vətən müharibəsi zamanı xəstəxanada KT aparatının vaxtı keçdiyindən yenilənib. Lakin xəstə sayı çoxluq təşkil etdiyindən sözügedən aparat sıradan çıxıb.
Məsələ ilə bağlı TƏBİB-dən "Hürriyyət"ə bildirilib ki, sözügedən avadanlıq təmir olunaraq yaxın vaxtlarda istifadəyə veriləcək:
"“Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi”ndən bildiriliblər ki, Sözügedən avadanlığı təmir olunaraq yaxın vaxtlarda istifadəyə veriləcək. Hələliksə, pasientlərin KT-dən keçməsi göndəriş əsasında digər müvafiq tibb müəssisələrində aparılır".
YƏHYA