📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

2022-08-05 10:50:00

“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

"Sputnik-Azərbaycan"ın rus dili versiyasının buraxılış redaktorları "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, 4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva facebook paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa verəmək məcburiyyətində qaldıqlarını yazıblar.