📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şri-Lanka çıxılmaz vəziyyətdə - defolt elan edilə bilər

2022-05-18 17:06:00

Şri-Lanka çıxılmaz vəziyyətdə - defolt elan edilə bilər

Hurriyyet.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, Şri-Lankdada dövlətin xarici borcları ödəmək və yanacaq almaq üçün valyutası çatışmır.

Şri-Lankanın Energetika naziri Kançana Vicisekera yerli parlamentdəki çıxışında bildirib ki, hazırda xaricdən yanacaq almaq üçün hökumətin valyutası yoxdur. Ölkənin paytaxtı Kolombo şəhərinə axırıncı dəfə 28 mart tarixində yanacaq gətirilib.

O, vətəndaşları yaxın günlərdə yanacaqdoldurma məntəqələrinin qarşısında boş yerə növbə tutmamağa çağırıb.

Şri-Lanka hökumətinin xarici borcu ödəmək üçün yetərincə valyutası olmadığından bu gün defolt elan edilə bilər. Son aylarda yaranmış ağır iqtisadi vəziyyət ölkədə kütləvi etirazlara səbəb olub.

Hürr Tərcüman