📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı

2026-11-10 14:38:50

Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı

Şri-Lankada üç avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus iki avtobus toqquşub. Daha sonra üçüncü avtobus onlardan birinə çırpılıb.

Hadisənin başvermə səbəbləri Mihintale polisi tərəfindən araşdırılır.