Şri-Lankanın qaçqın prezidentinə sığınacaq veriləcək
2022-07-13 20:56:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, yerli mətbuatda Şri-Lankanın Prezidenti postunu tərk edərək təyyarə ilə Maldiv Respublikasına qaçmış Qotabay Racapaksanın Sinqapurda sığınacaq alacağı xəbəri yayılıb.
Racapaksa iyulun 12-də bugünkü tarixə istefa ərizəsi yazaraq bu gün səhər saatlarında ölkədən gedib.
Şənbə günü – iyulun 9-da ada dövlətində dövlətin əleyhinə irimiqyaslı etiraz aksiyaları başlanıb. Etirazçıları Şri-Lanka rəhbərliyinin istefasını tələb edirlər.
Yüzlərlə nümayişi barrikadaları aşaraq prezidentinin rəsmi iramətgahının və ofisinin yerləşdiyi sahəyə daxil olmuşdular. Həmin məqamda prezident artıq həmin ərazini tərk edibmiş.
Hürr Tərcüman