Şröder Moskvaya getdi
2022-07-26 22:48:00
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya yollanıb.
Keçmiş kanslerin özü Moskvaya tətilə gəldiyini söyləyib:
“Moskvanı çox sevirəm. Bura həqiqətən də çox gözəldir”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov onun gəlişinə münasibət bildirib:
“Şröderlə dövlət başçısı Vladimir Putin arasında təmaslar istisna edilmir. Bu barədə daha təfərrüatlı fikir söyləmək istəmirəm. Bircə onu deyə bilərəm ki, keçmiş kansler həqiqətən də Moskvaya təşrif buyurub. Hələlik prezident Putinlə hər hansı görüş baş tutmayıb, amma biz təmasları istisna eləmirik”. \\Konkret