📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ssenarilərdən biri Zəngəzur dəhlizinin açılmasıdır" - Tarasovdan İLGİNC AÇIQLAMA

2023-04-05 19:35:00

“Ssenarilərdən biri də Azərbaycanın böyük marağı olan Zəngəzur dəhlizinin açılmasıdır”.

Hurriyyet.Az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mətbuatına müsahibəsində deyib.

“Cənubi Qafqazda kifayət qədər mürəkkəb vəziyyət yaranıb. Bir tərəfdən Zəngəzurda eskalasiya, digər tərəfdən İran-Azərbaycan münasibətlərinin gərginləşməsi təhlükəsi var.

Vəzgiyyətin necə olacağını söyləmək çətin olacaq. Amma ssenarilərdən biri də Azərbaycanın böyük marağı olan Zəngəzur dəhlizinin açılmasıdır”, – deyə politoloq bildirib. \\KONKRET.az