📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

S.Soylu: “İrandan Türkiyəyə sızmış 2 terrorçu zərərsizləşdirilib”

2022-07-27 08:40:00

S.Soylu: “İrandan Türkiyəyə sızmış 2 terrorçu zərərsizləşdirilib”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman soylu İran ərazisidən ölkəyə daxil olmuş iki terrorçunun məhv edildiyini bildirib. Soylu öz sosial media hesabında yazıb: “Van vilayətinin Özalp qəsəbəsinin  Damlacık  bölgəsində keçirilən “Eren Abluka-22” əməliyyatında qəhrəman jandarm qüvvələrimiz İran sərhədindən Türkiyə ərazisinə sızan iki terrorçunu zərərsizləşdirib, onlardan biri iranlıdır. Terrorçuları bir daha təslim olmağa çağırırıq,  əks təqdirdə bu torpaqlar onlara məzar olacaq”.

Xatırladaq ki, 26 iyul tarixində Türkiyənin cənub0şərqindəki Diyarbakır vilayətində “Eren Abluka” antiterror əməliyyatının 26-cı mərhələsi başladılıb.

Hürr Tərcüman