📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Stadiona avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edildi

2024-11-19 17:17:44

Stadiona avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edildi

Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən bildirillib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib. 

Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib. 

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

İqtisadiyyat.az