📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ştegen əməliyyat olundu

2026-02-07 20:07:22

Ştegen əməliyyat olundu

"Jirona"nın "Barselona"dan icarəyə götürdüyü qapıçı Mark-Andre ter Ştegen əməliyyat olunub.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bud əzələsindən zədə alan 33 yaşlı qolkiperin əməliyyatı uğurlu keçib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.