Stepanyan: Bu halda Ermənistan xarabalığa dönəcək
2022-10-07 12:28:00
Bu günlərdə Ermənistan cəmiyyəti respublikanın KTMT-dən çıxmasını hakimiyyətdən tələb edir. Ancaq siyasi və məntiqi analiz qabiliyyəti olanlar çox gözəl anlayır ki, Ermənistan KTMT-dən çıxsa, xarabalığa çevriləcək.
Hurriyyet.az xəbər verir ki, bu sözləri “Review” verlişinin efiri zamanı erməni alim, tarix elmləri doktoru, professor Xaçatur Stepanyan deyib.
“Ermənilər anlamır ki, KTMT-dən çıxsaq, İrəvan küçələrində qan su yerinə axacaq. Bizə heç düşmən lazım olmayacaq. Daxili siyasi qarşıdurmalar xaosa səbəb olacaq. Ermənistan səhralığa dönəcək. Anlamalıyıq ki, “KTMT-dən çıxmaq” ssenarisi Qərbin qrantları hesabına reallaşır. Hər tərəf məhbuslarla dolu olacaq, qeyri-insani qətllər baş verəcək”, - professor qeyd edib.
axar.az