📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Stoltenberq getmək istəyir

2023-05-15 15:41:00

Stoltenberq getmək istəyir

Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Hərbi Alyansının rəhbəri postundakı fəaliyyətini oktyabr ayında dayandırmaq istədiyini bildirib.

Yens Stoltenberqin mətbuat katibi Oana Lunqensk mətbuata açıqlamasında deyib: “Onun Baş katib vəzifəsində səlahiyyət müddəti bu ilin oktyabrında başa çatır və Stoltenberq mandatın müddətinin növbəti dəfə artırılmasına cəhd eləmək niyyətində deyil”.

Stoltenberq NATO-nun Baş katibi postuna 3 dəfə, ümumilikdə demək olar ki, 9 il müddətinə seçilib.

Hürr Tərcüman