📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Stoltenberq hələ istefaya göndərilməyəcək

2023-07-04 14:47:00

Stoltenberq hələ istefaya göndərilməyəcək

Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberqin Şimali Atlantika Hərbi Alyansının rəhbəri vəzifəsində daha bir il qalacağı bildirilir. NATO-nun açıqlamasına görə, onun mandatının müddətinin 2024-cü il 1 oktyabr tarixinə qədər uzadılması qərara alınıb.

Gələn həftə, iyulun 11-də Vilnüsdə NATO-nun böyük sammiti işə başlayacaq. ABŞ Prezidenti Cozef Baydenin sammitdə iştirak edəcəyi gözlənilir.

Hürr Tərcüman