📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Stoltenberq NATO-nun planları ilə bağlı açıqlama verib

2023-06-15 10:38:00

Stoltenberq NATO-nun planları ilə bağlı açıqlama verib

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, NATO ölkələrinin müdafiə nazirləri alyansın 11-12 iyul tarixlərində keçiriləcək sammitinə hazırlıq üçün toplaşaraq, 15-16 iyun tarixində iclas keçirəcəklər. Bu barədə açıqlamanı NATO-nun Baş katibi Yens Stotenberq verib. Stoltenberq deyib: “Biz nazirlər səviyyəsində görüşümüzü NATO-Ukrayna komissiyasının iclası ilə başlayacağıq. Bundan əvvəl Ukraynanın müdafiəsi üzrə ABŞ-ın rəhbərliyi ilə kontakt qrupumuz işləyəcək. Ukraynanın Müdafiə naziri Reznikovla birlikdə vəziyyəti yerində qiymətləndirəcəyik”.

Onun sözlərinə görə, “sovet dövründən NATO standartlarına tam uyğunlaşmaya qədər keçid dövrünün dəstəklənməsi üçün böyük maliyyələşdirməyə malik çoxillik paket” müzakirə ediləcək. Həmçinin Ukraynanın təhlükəsizliyi və müdafiəsi sahəsinin islahatı və dirçəldilməsindən  söhbət gedəcək.

Hürr Tərcüman