📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Stoltenberq: "NATO nüvə ittifaqı olaraq qalacaq"

2023-09-22 00:20:21

Stoltenberq:

“NATO nüvə ittifaqı olaraq qalacaq. Eyni zamanda, NATO silahlara nəzarətin tərəfdarıdır və həmişə nəzarət sazişlərini dəstəkləyib”.

Bu szöləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, NATO təlimlər keçirmək və lazımi avadanlıqlara investisiya qoymaqla öz nüvə təhlükəsizliyini təmin edir.

Onun sözlərinə görə, nüvə silahlarına nəzarətlə bağlı gələcək müqavilələrə Çin də daxil edilməlidir.

NATO-nun baş katibi həmçinin əlavə edib ki, alyans Rusiyanın nüvə potensialı ilə bağlı hərəkətlərini yaxından izləyir lakin Rusiya tərəfindən NATO-nu hərəkətə gətirəcək hər hansı narahatedici hərəkətə hələ ki rast gəlinməyib. \\KONKRET.az