📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Stoltenberq: “NATO Rusiyanın təcavüzkar planlarının ifşasına davam edir”

2022-02-16 14:51:00

Stoltenberq: “NATO Rusiyanın təcavüzkar planlarının ifşasına davam edir”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu gün alyansın müdafiə nazirlərinin iclasındakı çıxışı zamanı NATO-nun Rusiyanın təcavüzkar planlarını ifşa etməyə davam elədiyini bildirib. Onun sözlərinə görə, alyans hələlik hərbi münaqişə əlamətlərini qeydə almır və məsələnin diplomatik yolla həllinə ümid bəsləməyə davam edir.

Stoltenberq, Ukrayna sərhədindəki Rusiya qüvvələrinin dəqiq hesablanmadığını da əlavə edib: “Dəqiq rəqəm demək mümkün deyil. Mən sadəcə əvvəldən də söyləmişdim ki, orada 100 min nəfərdən çox hərbçi toplaşıb. Lakin son həftələr boyunca onların sayı artmağa davam edir”.

Baş katibin sözlərinə görə, NATO Rusiyanın məsələnin diplomatik yolla həllinə hazır olması ilə bağlı Moskvadan siqnallar alır.

Hürr Tərcüman