Stoltenberq Orbanla görüşəcək
2024-06-11 20:32:37
ATO-nun baş katibi Yens Stoltenberq sabah Macarıstana səfər edəcək.
Bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, səfər paytaxt Budapeştdə baş tutacaq.
Həmçinin, liderlər birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, görüşdə hansı məsələlərin müzakirə olunacağı açıqlanmayıb. \\Demokrat.az